Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Ağdam Sənaye Parkında iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri görülən işlərlə tanış olublar.
Dövlət başçısı cənab İlham Əliyevin 2021-ci il, 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Digər sənaye parklarında olduğu kimi Ağdam Sənaye Parkında da sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb. Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır. Parkda ümumi investisiyalarının həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında ümumilikdə 1800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında infrastruktur şəbəkəsinin, elektrik, qaz, su xidmətlərinin qurulması, inzibati binanın tikintisi, o cümlədən rezidentlər tərəfindən bir sıra müəssisələrin tikinti-quraşdırma işləri aparılır.
“Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Metkons” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 91 min manatdan çox vəsaitə qənaət edib.