Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının açılışında... » DMC Alyans Group About – Contractor

Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının açılışında...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış oldular. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.